Modern.az

Millimiz Moldovanı məğlub etdi - YENİLƏNİB

Millimiz Moldovanı məğlub etdi - YENİLƏNİB

Aktual

16 Noyabr 2022, 22:55

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

 

Modern.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.

 

Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub.

 

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.

 

***

21:49

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.

 

Modern.az xəbər verir ki, Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.

 

***

21:32

 

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.

 

***

21:01

 

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, "Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

 

Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi