ABŞ Senatında respublikaçılar 2027-ci ildə Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün 129 milyon dollar ayrılmasını təklif ediblər.
Modern.az xəbər verir ki, bu barədə noyabrın 17-də ABŞ Dövlət Departamentinin xarici əməliyyatların və əlaqəli proqramların 2027-ci maliyyə ili üzrə büdcə vəsaitlərinə dair qanun layihəsində məlumat verilib.
Qanun layihəsinə əsasən, Ukraynanın təhlükəsizliyinin təmin olunması məqsədilə 129 milyon dollar vəsait ayrılması nəzərdə tutulur.
Bundan əlavə, sənəddə Ukrayna uşaqlarının geri qaytarılmasına dəstək məqsədilə 30 milyon dollar ayrılması da təklif edilir.