Modern.az

İsrailin Baş naziri Azərbaycanın qərarını ALQIŞLADI

İsrailin Baş naziri Azərbaycanın qərarını ALQIŞLADI

18 Noyabr 2022, 15:20

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviter hesabında yazıb.

 

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib:

 

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”.

 

Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi