Modern.az

İranda daha 2 etirazçıya edam hökmü çıxarıldı

İranda daha 2 etirazçıya edam hökmü çıxarıldı

18 Noyabr 2022, 15:56

İranın Tehran əyalətinin İnqilab Məhkəməsi cümə günü daha iki etirazçı barəsində ölüm hökmü çıxarıb.

Modern.az xəbər verir ki bu haqda İSNA agentliyi məlumat yayıb.

Bundan əvvəl Tehran məhkəmələri İran paytaxtında iğtişaşçılar üçün üç ölüm hökmü çıxarıb.
 

"Tehranda son iğtişaşlarla bağlı məhkəmələrin ilkin hökmləri çıxıb. Onlara əsasən, indiyədək 5 nəfər ölüm cəzasına, daha 5 nəfərə isə 5 ildən 10 ilədək həbs cəzası verilib", - agentlik bildirib.
 

Qeyd olunub ki, İran qanunlarına əsasən, ölüm hökmü inzibati bina və mülki nəqliyyatın yandırılması, milli təhlükəsizliyə qarşı sui-qəsd, o cümlədən korrupsiya, küçələrdə insanları soyuq silahla qorxutmaq, habelə polis əməkdaşlarını öldürmək üçün qəsdən terror aktı gerçəkləşdirmək kimi cinayətlətə görə çıxarılır.


Xatırladaq ki, İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı sentyabrın ortalarından başlayan kütləvi etirazlar davam edir. Küçə iğtişaşları əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi