Modern.az

İlon Maskdan Trampa BÖYÜK JEST

İlon Maskdan Trampa BÖYÜK JEST

Aktual

20 Noyabr 2022, 09:09

Tviter sosial platformasının rəhbəri İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın tviter hesabının bərpa olunacağını bəyan edib.

 

Modern.az xəbər verir ki, milyarder İlon Mask bununla bağlı post paylaşıb. 

 

Í.Mask Trampla bağlı öz hesabında izləyiciləri arasında sorğu keçirib. İzləyicilərin 52 faizi eks-prezidentin tviter hesabının bərpa olunmasını istəyib.

 

Sosial platformanın sahibi sözünün üzərində dayanaraq Trampın sosial şəbəkə hesabının bərpa ediləcəyini dilə gətirib.

 

O bildirib ki, "Xalq sözünü dedi, Trampın səsi tanrının səsidir, hesabı bərpa olunacaq".

 

Qeyd edək ki, Donald Trampın tviter hesabı 2020-ci ildəki seçkilərdən sonra baş verən "Kapitoli olayları"na görə dondurulmuşdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi