İnstaqram paylaşılmış hekayələri 15 dəqiqə ərzində redaktə etməyə imkan verəcək.
Modern.az xəbər verir ki, yeni funksiya istifadəçilərə paylaşım etdikdən sonra mətn, musiqi, stiker və rəsmləri dəyişmək imkanı yaradacaq.
Bunun üçün istifadəçi paylaşdığı hekayəni açmalı, üç nöqtə menyusuna daxil olaraq “Edit story” seçimini etməlidir.