Modern.az

İranda 40-dan çox xarici vətəndaş həbs edilib

İranda 40-dan çox xarici vətəndaş həbs edilib

Aktual

22 Noyabr 2022, 13:24

İranda hökumət əleyhinə etiraz aksiyaları zamanı 40-dan çox xarici ölkə vətəndaşı həbs edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin səlahiyyətli nümayəndəsi Məsud Setayeşi bildirib.

 

Onun sözlərinə görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Lakin onlar haqqında məlumatlar açıqlanmayıb.

 

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir