Modern.az

Laçın və Kəlbəcərdə mindən çox mina AŞKARLANIB

Laçın və Kəlbəcərdə mindən çox mina AŞKARLANIB

Aktual

24 Noyabr 2022, 14:44

Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

Qeyd olunub ki, bu ilin avqust ayından etibarən sözügedən minalar daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib.

 

Xatırladaq ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!