İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı təhdidlər barədə danışaraq xalqın dəstəyinin vacibliyini vurğulayıb.
Modern.az xəbər verir ki, Pezeşkian xalqın hakimiyyətin yanında olacağı təqdirdə düşmənin məqsədinə çata bilməyəcəyini bildirib.
“Xalq bizimlə olsa, düşmən məni və mənim kimi minlərlə insanı öldürsə belə, yenə də heç nə edə bilməyəcək. Biz qarşı tərəfin bütün təhdidlərinin qətiyyətlə öhdəsindən gəlməyə qadirik”, – İran Prezidenti deyib.