Modern.az

Seneqal Qətəri məğlub etdi - YENİLƏNİB

Seneqal Qətəri məğlub etdi - YENİLƏNİB

Aktual

25 Noyabr 2022, 19:02

Dünya çempionatında Qətər ilə Seneqal yığması arasında A qrupunun II tur oyunu başa çatıb. 

 

Modern.az xəbər verir ki, qarşılaşma Seneqalın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

***

17:44

Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyununda hesab açılıb.

 

Modern.az-ın məlumatına görə, Afrika komandasının heyətində 41-ci dəqiqədə Bulaye Dia fərqlənib. 

 

***

 

17:00

 

Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.

 

Modern.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürüb. 

 

Dünya çempionatın A qrupunun II turunda üz-üzə gələcən Qətər və Seneqal yığmalarının start heyətlər:

 

Qətər: 22. Meşal Barşam, 2. Pedro Migel, 17. Mohammed İsmael, 16. Bualem Xuki, 3.Hassan Abdelkerim, 14. Homam Ahmed, 10. Hasan Al Haydos, 12. Karim Budiaf, 23. Assim Madibo, 19. Almoez Ali, 11. Akrem Afif

 

Seneqal: 16. Eduard Mendi, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali, 21. Yusuf Sabali, 6. Nampalis Mendi, 5. Queye İdrissa, 18. İsmaila Sarr, 19. Famara Didu, 15. Krepin Diatta, 9. Bulaye Dia

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu