Modern.az

Bakıda müəllim və şagirdlərin sayı AÇIQLANDI

Bakıda müəllim və şagirdlərin sayı AÇIQLANDI

Aktual

20 Dekabr 2022, 14:30

Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

 

Qeyd edilib ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

 

BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir