Modern.az

Sənədsiz ov tüfəngləri müsadirə edilir

Sənədsiz ov tüfəngləri müsadirə edilir

Aktual

28 Yanvar 2023, 16:15

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinləri Məzahir Məmmədov və Zaman Verdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Aşkar edilən müxtəlif marka və kalibrli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

 

Bununla da şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri tədbirlər ümumilikdə 8 ov silah və digər döyüş sursatları aşkarlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır