Modern.az

ATƏT-in Baş katibi səfirliyimizə hücumu pislədi

ATƏT-in Baş katibi səfirliyimizə hücumu pislədi

Aktual

28 Yanvar 2023, 17:00

"Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm".

 

Modern.az xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Şmid tviter hesabında yazıb.

 

"Həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir", - Baş katib bildirib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır