Modern.az

Vaksin və yoluxma ilə bağlı son STATİSTİKA

Vaksin və yoluxma ilə bağlı son STATİSTİKA

Aktual

28 Fevral 2023, 10:48

27 fevral tarixinə əsasən, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 828 515 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 245 nəfər müalicə olunaraq sağalıb, 10 118 nəfər vəfat edib, aktiv xəstə sayı 152 nəfərdir. Ölkədə son sutka ərzində 562, hazırkı dövrədək isə 7 522 740 test aparılıb.

 

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 948 730, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 899, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 604 nəfər təşkil edir.

 

1220899

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok