Modern.az

\"Əczaçılar Klubu\"nun yeni jurnalı təqdim olunub - FOTOLAR

\

17 Mart 2023, 12:40

17 mart 2023-cü ildə "Əczaçılar Klubu" İctimai Birliyinin orqanı olan "Avicenna" jurnalının ilk sayının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, təqdimatda "Əczaçılar Klubu" İB-nin sədri ve "Avicenna" jurnalının baş redaktoru Şövqi Bunyatov qonaqları salamlayaraq onlara jurnal haqqında məlumat verib.

 

O bildirib ki, 60 səhifədən ibarət olan "Avicenna" jurnalının ildə 4 dəfə nəşr edilməsi nəzərdə tutulub.

 

Jurnalda əsasan səhiyyə, əczaçılıq və dərman sahəsinin mövcud vəziyyəti, həmçinin inkişafı ilə bağlı yazılar, Azərbaycanda və xaricdə fəaliyyət göstərən əczaçılara aid yazılar, məqalə və müsahibələr yer alıb.

 

Jurnalda əczaçılarla yanaşı, həmçinin şəhid övladlarının, Qarabağ qazilərinin və Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin tələbələrinə də yer ayrılıb.

 

"Bizimlə yazmağa varmısınız"? rubrikası da məhz bu baxımdan yaradılıb. Bundan başqa, jurnalda 44 günlük Qarabağ müharibəsində iştirak etmiş həkim və əczaçılardan götürülmüş müsahibələrlə tanış olmaq mümkündür.

 

O cümlədən qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə , "Əczaçılar Klubu" İB-nin iştirakı ilə yaradılmış "Qardaş Köməyi" Platformu haqqında məlumatlar da yerləşdirilib.

 

Təqdimat mərasimində əczaçılar, həkimlər, tələbələr, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər. Çıxış eden qonaqlar "Avicenna" jurnalının ölkəmiz üçün əhəmiyyətindən danışaraq jurnalın kllektivinə uğurlar arzulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı