Modern.az

Köhnə “iPhone” işlədənlərin nəzərinə - Bu proqramlar bloklanacaq

Köhnə “iPhone” işlədənlərin nəzərinə - Bu proqramlar bloklanacaq

Aktual

6 Aprel 2023, 13:26

Amerikanın “Apple” şirkəti köhnə əməliyyat sistemləri ilə işləyən cihazlarda əsas proqramları deaktiv edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət əməliyyat sistemini yeniləmək üçün istifadəçilərə xəbərdarlıq edəcək.

 

Köhnə əməliyyat sistemləri ilə işləyən qurğular "iCloud" istisna olmaqla, bütün xidmətlər dayandırılacaq. Məsələn, "App Store", "Siri" və "Maps" köhnə əməliyyat sistemləri ilə işləyən cihazlarda deaktiv ediləcək.

 

Məlumata görə, şirkət cihazlarının yalnız 8%-i iOS-15-dən əvvəl buraxılmış əməliyyat sistemlərində işləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?