Modern.az

Türkiyədə deputat olmaq istəyən azərbaycanlıların TAM SİYAHISI

Türkiyədə deputat olmaq istəyən azərbaycanlıların TAM SİYAHISI

Aktual

6 Aprel 2023, 16:56

Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlər arasında azərbaycanlılar da var. 

 

Azərbaycan əsilli namizədlərin əksəriyyəti siyasi partiyalar tərəfindən irəli sürülüb. Onlardan bir çoxu Türkiyənin siyasi sferasında kifayət qədər məşhurdur. Bir neçə namizəd isə müstəqil olaraq seçkiyə qatılmaq qərarına gəlib.

 

Modern.az qardaş ölkədə deputat olmaq istəyən Azərbaycan əsilli namizədlərin tam siyahısını əldə edib. Həmin siyahını təqdim edirik:

 

Adil Aşırım - Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul üzrə namizədliyə namizədi, İğdırlı

Şamil Ayrım - Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul üzrə namizədliyə namizədi, İğdırlı 

Asif Qurban - Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir üzrə namizədliyə namizədi, azərbaycanlı 

Esma Özörmenoğlu - Milliyyətçi Hərəkat Partiyasının (MHP) Antalya üzrə namizədliyə namizədi, azərbaycanlı 

Cavid Aydın - Milliyyətçi Hərəkat Partiyasının (MHP) Eskişehir üzrə namizədliyə namizədi, azərbaycanlı 

Səttar Kaya - İYİ Partiyanın Qars üzrə namizədliyə namizədi, qarslı

Zülfikar Aras - Milli Yol Partiyasının namizədliyə namizədi

Derya Akdemir - Müstəqil olaraq İstanbulun üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb 

Lokman Kızılörenli - Milliyyətçi Hərəkat Partiyasının (MHP) İzmir üzrə namizədliyə namizədi, İğdırlı 

Müşteba Sevil - Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə bölgə namizədi, Cənubi azərbaycanlı

Ali Özgündüz - Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə bölgə namizədi 

Göksel Gülbey - Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır üzrə namizədliyə namizədi

Gülay Aras - Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır üzrə namizədliyə namizədi 

Ensar Aytekin - Cümhuriyyət Xalq Partiyasının (CHP) Balıkesir üzrə namizədliyə namizədi 

Metin Ova - Cümhuriyyət Xalq Partiyasının (CHP) İğdır üzrə namizədliyə namizədi

Aysel Sadak İltaş - Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara üzrə namizədliyə namizədi

 

Qeyd edək ki, Türkiyədə seçkilər 14 may tarixində keçiriləcək. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?