Modern.az

Laçın sərhəd məntəqəsində rentgen aparatı qoyuldu – FOTO

Laçın sərhəd məntəqəsində rentgen aparatı qoyuldu – FOTO

Aktual

2 May 2023, 09:52

Laçın sərhəd nəzarət -buraxılış məntəqəsində rentgen aparatı qoyulub. 

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

 

Bildirilib ki, Britaniya istehsalı olan mobil rentgen aparatı Ermənistandan Azərbaycana daxil olan yüklərin yoxlanması üçün istifadə olunacaq.

 

Qeyd edək ki, Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçid təmin olunur. Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi