Modern.az

Pandemiyanın fövqəladə statusu LƏĞV OLUNDU

Pandemiyanın fövqəladə statusu LƏĞV OLUNDU

5 May 2023, 17:24

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə statusunu ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Tedros Adhanom Qebreyesus məlumat verib.

 

ÜST rəhbəri bildirib ki, pandemiyanın başlanğıcından bəri ən azı 20 milyon insan COVID-19 virusundan dünyasını dəyişib.

 

Xatırladaq ki, təşkilat 30 yanvar 2020-ci ildə dünyada koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət, martın 11-də isə pandemiya elan etmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok