Modern.az

Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatı keçiriləcək

Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatı keçiriləcək

Dünya

Bu gün, 18:18

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Bu barədə Modern.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirlib.

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə