Modern.az

Qazaxda kişi dəm qazından boğularaq ölüb

Qazaxda kişi dəm qazından boğularaq ölüb

Hadisə

Bu gün, 18:32

Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə