Modern.az

Putin Zelenski ilə nə vaxt görüşəcək? - Kreml AÇIQLADI

Putin Zelenski ilə nə vaxt görüşəcək? - Kreml AÇIQLADI

Aktual

Bu gün, 13:58

Vladimir Putin ilə Volodimir Zelenski arasında Moskva xaricində görüşün mümkün olduğu bildirilir, lakin bu, yalnız münaqişəyə son qoyulması prosesi tamamlandıqda baş tuta bilər.

Modern.az xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, belə bir görüş təkcə Moskvada deyil, istənilən başqa məkanda baş tuta bilər, amma əsas şərt münaqişənin tam şəkildə həll olunmasıdır.

Peskov vurğulayıb: “Yalnız proses tam yekunlaşdıqda və bütün məsələlər həll edildikdə görüşün mənası ola bilər”.

O əlavə edib ki, bunun üçün hələ “böyük həcmdə ev tapşırığı” görülməlidir və danışıqların tam yekunlaşması üçün işlər davam etdirilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?