Modern.az

Katolik kilsəsində Xocalı qurbanları yad edildi - Tarixdə ilk!

Katolik kilsəsində Xocalı qurbanları yad edildi - Tarixdə ilk!

26 Fevral 2024, 11:52

Fevralın 25-də Xocalı soyqırımı şəhidləri Polşada da anılıb.

 

Modern.az xəbər verir ki, tarixdə ilk dəfə katolik kilsəsində Xocalı şəhidlərinin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

 

Polşa Azərbaycanlıları Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı Polşanın paytaxtı Varşava şəhərindəki "Łukasza Ewangelisty" adlı katolik kilsəsində tədbir təşkil edilib.

 

Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin "messa" saatı adlanan kütləvi ibatədi zamanı yad olunub. İbadət bitdikdən sonra kilsə keşişi Ksiądz Jan Popiel bir saata yaxın müddətdə məhz Xocalı hadisələri və soyqırım şəhidləri haqqında kilsəyə toplaşmış 250-dən çox yerli əhali qarşısında çıxış edib. 

 

Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən yerli əhalinin məlumatlanması üçün kilsənin qarşısında Xocalı soyqırımını əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilmişdir. Eyni zamanda Xocalı soyqırımı gerçəkləri haqqında 100-dən çox kitabça yerli əhaliyə paylanılmışdır. Polşa Azərbaycanlıları Şurasının üzvləri tərəfindən həm polyakca, həm də ingiliscə Xocalı soyqırımı haqqında geniş məlumatlar insanlara çatdırılmışdır. Yerli ictimaiyyət baş verən bu hadisələrə görə təəssüf hissi keçirdiklərini və bu kimi maarifləndirici tədbirləri təqdir etdiklərini bildirmişlər.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək