Modern.az

İran qaz hasilatını artırmağı PLANLAŞDIRIR

İran qaz hasilatını artırmağı PLANLAŞDIRIR

3 Mart 2024, 17:56

İran qaz hasilatını artırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Əlcəzairdə keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun VII sammitində İran İslam Respublikasının neft naziri Cavad Övci deyib.

 

Onun sözlərinə görə, İran yaxın beş ildə qaz hasilatını bugünkü 1,07 milyard kubmetrdən 1,3 milyard kubmetrə çatdırmağı planlaşdırır.

 

Nazir əlavə edib ki, bu məqsədə nail olmaq üçün ölkə qaz hasilatı kompleksinə 80 milyard dollardan çox vəsait ayıracaq.

 

Qeyd edək ki, dünyanın ən böyük qaz ehtiyatları Rusiyada (təxminən 25%), İranda (təxminən 17%) və Qətərdə (təxminən 12%) yerləşir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri