Modern.az

Dünyanı təəccübləndirəcək yeni silah tətbiq edəcəyik - SEPAH

Dünyanı təəccübləndirəcək yeni silah tətbiq edəcəyik - SEPAH

Aktual

Bu gün, 16:00

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkəyə qarşı ehtimal edilən hərbi hücumlara münasibətdə növbəti xəbərdarlığını edib.

Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Mohebi bəyanatla çıxış edib.

O bildirib ki, İrana qarşı yeni bir hərbi təcavüz baş verərsə, Tehran hərbi cavab strategiyasını kəskin şəkildə dəyişəcək:

"Yenidən hücum olacağı təqdirdə, müdafiəmizin və cavab xarakterli hücum əməliyyatlarımızın coğrafiyası, şübhəsiz ki, əhəmiyyətli dərəcədə dəyişəcək".

SEPAH rəsmisi həmçinin vurğulayıb ki, belə bir ssenari gerçəkləşəcəyi təqdirdə İran ordusu arsenallarındakı hələ nümayiş etdirilməyən, "bütün dünyanı təəccübləndirəcək" ən müasir və yeni silah növlərini döyüşdə tətbiq etməyə hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı