Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin ölkədəki rusdilli vətəndaşlarla bağlı qalmaqallı bəyanatla çıxış edib.
Modern.az xəbər verir ki, xalq deputatı rusdilli ukraynalı anlayışını qəbul etmədiyini bildirib.
Yurçişin öz çıxışında ölkədə rus dilindən istifadə edənlərə kəskin münasibət bildirərək deyib:
"Rusdilli ukraynalılar anlayışı yoxdur. Ya ruslar var, ya da Rusiyanın öz mədəni dünyasına çəkdiyi və nəticədə xainə çevrilmiş ukraynalılar var".
Deputatın bu bəyanatı Ukrayna cəmiyyətində və sosial şəbəkələrdə geniş rezonans doğuraraq ciddi müzakirələrə yol açıb.