Modern.az

“Biz Azərbaycanla düşmənçiliyə son qoymalıyıq” - Erməni spiker

“Biz Azərbaycanla düşmənçiliyə son qoymalıyıq” - Erməni spiker

11 İyul 2024, 13:24

“Ümid edirik ki, onilliklər davam edən münaqişəyə son qoyulacaq”.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentin spikeri Alen Simonyan iyulun 11-də növbədənkənar iclasda Azərbaycanla sülh danışırları barədə danışarkən bildirib.

O, xüsusilə qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədin delimitasiyası prosesi başa çatdırılmalıdır.

"Bu yolla biz iki dağıdıcı müharibəyə səbəb olan düşmənçiliyə son qoymalıyıq", - Simonyan deyib.

Spiker müxalifətdən olan deputatların suallarına cavab verərəkən “Ermənistan Respublikasının bir qarış ərazisi də qonşu ölkəyə verilməyib, planlaşdırılmayıb, bu msələ müzakirə olunmayıb və müzakirə oluna da bilməz”, - deyib

Simonyan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyandan Ermənistan ərazisindən nə qədər ərazinin verildiyini dəqiq söyləməyi tələb edən “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryana köhnəlmiş söhbəti etməyin yersiz olduğunu xatırladıb.

Sizə yeni x var
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı