Modern.az

DİN və DSX-dan birgə ƏMƏLİYYAT

DİN və DSX-dan birgə ƏMƏLİYYAT

14 İyul 2024, 14:40

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər