Modern.az

Bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Aktual

Bu gün, 09:44

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb.

Modern.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 6-sı saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5, Salyan, Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir