Modern.az

Ermənistanda Serj Sarkisyanla bağlı yeni cinayət işi açılıb

Ermənistanda Serj Sarkisyanla bağlı yeni cinayət işi açılıb

Aktual

Bu gün, 10:32

Ermənistanda sabiq prezident Serj Sarkisyanla əlaqəli daşınmaz əmlak sövdələşməsi üzrə yeni cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Sarkisyanın 2004-cü ildə dövlət əmlakının bazar qiymətindən aşağı satılması ilə bağlı sövdələşmədə iştirakının olduğunu hesab edir.

Həmin dövrdə Sarkisyanın rəhbərlik etdiyi Müdafiə Nazirliyinin balansında olan Araqatsotn vilayətindəki “Vana liç draxt” istirahət zonası fiziki şəxsə 500 min dollara satılıb. Özəlləşdirmədən cəmi bir il sonra isə əmlakın bazar dəyəri 700 min dollar qiymətləndirilib.

Məlumata görə, daşınmaz əmlak hüquqi və müqavilə əsasları olmadan fiziki şəxsə icarəyə verilib, daha sonra 115 milyon drama — hazırkı məzənnə ilə təxminən 314 min dollara onun mülkiyyətinə keçib.

Faktla bağlı cinayət işi üzrə araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?