Modern.az

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Ölkə

Bu gün, 09:01

Bu gün Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Modern.az "Azərişıq"a istinadən xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri, Tbilisi prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir