Modern.az

Şahin Mustafayev Rusiyada sərhəd keçidlərini müzakirə etdi

Şahin Mustafayev Rusiyada sərhəd keçidlərini müzakirə etdi

Ölkə

Bu gün, 10:30

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavinləri Aleksey Overçuk və Aleksandr Novakla görüşüb.

Modern.az xəbər verir ki, oktyabrın 5-də Aleksey Overçukla keçirilən görüşdə Azərbaycan–Rusiya ticarət-iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Görüşdə yüksək səviyyədə əldə edilmiş razılaşmaların, eləcə də iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın aprelin 16-da Zəngilanda keçirilmiş 24-cü iclasında qəbul olunan qərarların icra vəziyyəti müzakirə edilib.

Nəqliyyat əlaqələrinin inkişafı və yükdaşımaların səmərəliliyinin artırılması da diqqət mərkəzində olub. “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından daha geniş istifadə imkanları, sərhəd-buraxılış məntəqələrinin fəaliyyəti, yüklərin və nəqliyyat vasitələrinin keçid prosedurlarının təkmilləşdirilməsi nəzərdən keçirilib.

Tərəflər qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi və hər iki ölkənin təsərrüfat subyektləri üçün əlverişli şəraitin yaradılması barədə fikir mübadiləsi aparıblar. Görüşün yekununda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Şahin Mustafayevin Aleksandr Novakla görüşündə isə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, xüsusilə ticarət, sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq müzakirə olunub.

Səfər çərçivəsində Baş nazirin müavini Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov və Rusiya–Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repiklə də görüşüb. Görüşdə iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir