"Şuşa döyüşlərində ağır yaralansa da, iradəsi və dözümü sayəsində 24 kilometr məsafəni qət edərək sağ qalmağı bacaran əfsanəvi XTQ mənsubu, Masallı rayonunun Mahmudavar kəndindən olan gizir və Vətən müharibəsi qazisi Vahab Nəhmətov Modern.az və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin "İZ" adlı birgə layihəsi çərçivəsində müsahibə verib.
44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində ən qaynar nöqtələrdə döyüşən, Şuşanın azadlığı uğrunda canını sipər edən qəhrəmanımız keçdiyi şərəfli döyüş yolundan, qarşılaşdığı çətinliklərdən və xüsusi təyinatlıların sarsılmaz ruhundan bəhs edib. Girişində yaralandığı Şuşa şəhərindən tibb məntəqəsinə qədər olan o unudulmaz iradə sınağını qazimizin öz dilindən eşitmək hər bir azərbaycanlı üçün qürurvericidir.
Modern.az həmin müsahibəni təqdim edir: