Modern.az

Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

Ölkə

30 Sentyabr 2026, 16:20

Döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların pul təminatının ikiqat hesablanmasına dair müddəanın qanundan çıxarılması təklif olunur.

Modern.az xəbər verir ki, bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirə olunub.

Qanunun hazırkı redaksiyasına əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.

Layihədə bu müddəanın çıxarılması nəzərdə tutulur.

Hərbi qulluqçulara təminat xərclərinin verilməsi qaydası və normalarının müəyyənləşdirilməsi barədə müddəa isə yenilənir. Müəyyən qurumun hərbi qulluqçuları üçün ayrıca ödəniş sistemi nəzərdə tutulmaqla, digər hərbi qulluqçuların təminat xərclərinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!