Modern.az

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Aktual

Bu gün, 12:23

Ötən ay Azərbaycanda 5 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlanıb.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Cari ilin sentyabr ayı ərzində 1 kosmetoloq (İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə) və 7 stomatoloq barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib. Belə ki, 7 stomatoloqdan 5 nəfəri 210.1-ci maddəsi ilə, 2 nəfəri isə 215.1-ci maddəsi ilə bağlı protokollar üzrə tədbir görülüb. Həmin protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib.

Bundan əlavə, 2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib. Bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və protokollar müvafiq icraata göndərilib. Ümumilikdə sentyabr ayı ərzində 5 stomatoloq və 1 kosmetoloqun lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilib. Qeyd olunan hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq protokollar tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?