Modern.az

Xocalı və Ağdərəyə dönüş davam edir: 87 nəfər yurduna çatdı

Xocalı və Ağdərəyə dönüş davam edir: 87 nəfər yurduna çatdı

Qarabağ

Bu gün, 12:58

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu mərhələdə Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocalının Xanyurdu kəndinə 1 ailə - 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə - 4 nəfər qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!