Modern.az

Ermənistanda qadın hərbçilərə qadağa: “Makiyaj etməyin, pomada vurmayın!”

Ermənistanda qadın hərbçilərə qadağa: “Makiyaj etməyin, pomada vurmayın!”

Dünya

Bu gün, 09:46

Ermənistanın Müdafiə Nazirliyində və ordu korpuslarında çalışan qadın hərbçilərə makiyajla bağlı yeni qadağalar tətbiq edildiyi bildirilir.

Modern.az xəbər verir ki, ermənidilli mətbuatın yaydığı məlumatda Müdafiə Nazirliyinin bütün bölmələrə bununla bağlı yazılı göstəriş göndərdiyi qeyd olunur.

Məlumata görə, sənəddə qadın hərbçilərə makiyaj etməmək, süni kirpik taxmamaq və qırmızı pomadadan istifadə etməmək tapşırılıb.

Məlumatda bildirilib ki, bu tələblər qadın hərbçilər qəzəbləndirib.

Yazıda bu qərarın Ermənistanın hansı müdafiə doktrinasının tərkib hissəsi olduğu və kimin təşəbbüsü ilə qəbul edildiyinin məlum olmadığı vurğulanıb.

Xatırladaq ki, Ermənistanda qadınların orduya cəlb olunması könüllü əsaslarla tənzimlənir. Hökumət qərarına əsasən, qadınlar 6 ay müddətinə könüllü hərbi xidmətə qəbul olunurlar.

Hazırda Ermənistan ordusunda xeyli qadın müxtəlif rütbələrdə xidmət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir