Modern.az

Mənzildən 3000 manat oğurlayan şəxs saxlanıldı

Mənzildən 3000 manat oğurlayan şəxs saxlanıldı

24 İyul 2024, 14:54

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, paytaxt sakinlərindən biri yaşadığı mənzildən 3000 manatının oğurlanması barədə polisə məlumat verib.

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən Pənah İmanov və tanışı Şümşəd Mahmudov saxlanılıblar. Ş.Mahmudovun üzərindən əlavə olaraq marixuana da aşkarlanıb.

 

Araşdırmalar davam etdirilir. P.İmanov və Ş.Mahmudovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri