Modern.az

Azərbaycanda İcra hakimiyyətləri ləğv olunur? - Milli Məclisdən REAKSİYA

Azərbaycanda İcra hakimiyyətləri ləğv olunur? - Milli Məclisdən REAKSİYA

Aktual

26 İyun 2025, 14:04

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi parlamentin 21 noyabr tarixində keçirilən iclasında müzakirə edilib. Qanun layihəsinin lehinə səs verilib. Dəyişikliklərdən biri də Prezidentin xüsusi nümayəndəliyinin qanunvericiliyə daxil edilməsidir. 

Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, Prezidentin xüsusi nümayəndəliyinin qanunvericiliyə əlavə edilməsi heç də icra hakimiyyəti orqanlarının ləğv edilməsi demək deyil:

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər mütərəqqidir, bu günün reallığını özündə əks etdirir. İlk növbədə idarəetmənin təkmilləşdirilməsinə və işlərin, vəzifələrin daha səmərəli həyata keçirilməsinə istiqamətləndirilib. Qanunvericilik orqanları ilə icra orqanları mütləq ayrılmalı, müvafiq əsasnamələrin tələblərinə görə öz səlahiyyətlərindən istifadə etməlidirlər. Obyektiv vəziyyətə görə uzun illər Ali Məclis Naxçıvanda həm icra, həm də qanunvericilik funksiyasını həyata keçirib. Sözsüz ki, indiki şəraitdə tələbata, qarşıya qoyulan vəzifələrə uyğun gəlmədiyinə görə Konstitusiyada dəyişikliyin edilməsi zərurətə çevrilib. Bu, heç də icra hakimiyyətlərinin ləğv edilməsi deyil. Əlbəttə ki, işlərin xeyrinədir. Həmçinin vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi, yerdə sosial-iqtisadi məsələlərin səmərəli həyata keçirilməsinə zəmanətdir".

Deputat vurğulayıb ki, Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi, eləcə də müəyyən icra orqanlarının səlahiyyətlərinə xitam verilməsi, onların səlahiyyətlərinin artırılması, bilavasitə Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxildir:

"Dövlət başçısı ölkədə idarəetmə, işlərin daha da səmərəliliyinin təkmilləşdirilməsi istiqamətində istər icra strukturlarında, istərsə də digər sahələrdə çox böyük islahatlar həyata keçirir. Həmin islahatlar Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafında və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsində özünün aydın ifadəsini göstərir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi də hüquqi əsaslara söykənir. Düşünürəm ki, bu, ölkə vətəndaşları tərəfindən də yüksək qiymətləndirilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?