“Azərbaycan Prezidentinin “Zəngəzura qayıdacağıq” açıqlamasından sonra erməni baş nazir Nikol Paşinyan bölgəyə gəldi və müharibədən sonra ilk dəfə dövlət sərhədinin Zəngilan istiqamətində təxribat hücumu edildi. Bu, “Zəngəzur dəhlizi”nə və azərbaycanlıların tarixi torpaqlarına qayıdışına qarşı olanların hücumu idi”.
Modern.az-ın məlumatına bunu İlham Əliyevin Zəngilana səfərini şərh edən siyasi icmalçı Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, bu hadisələrin ardınca Əliyevin Zəngilana getməsinin arxasında üç mesaj var:
“İlham Əliyevin “Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir” sözlərini də hədəflərin məhz Zəngəzur torpaqlarından elan edilməsi kimi oxuya bilərik”,-A.Nərimanlı bildirib .