Modern.az

Dünya yeni bir formata oturmaq üzrədir - İbrahim Nəbioğlu

Analitika

14 May 2024, 13:14

Təbiətdə yeni bir reallıq kəşf etdik. Zəka insanlara xas deyil, daha çox hər bir maddədə ortaya çıxan xüsusiyyətdir...
– Sam Altman, OpenAI CEO-su

 

OpenAI-nin yeni modeli olan GPT-4o Həzrətlərinin Dünyanın necə dəyişdirdiyinin fərqindəsizmi?

Sam Altman və möhtəşəm ChatGPT komandası bir neçə gün əvvəl “kino”nu real həyata daşıdı.
 

GPT-4o artıq

insanların hisslərini, duyğularını anlayır...
səni görür,
işlərini görür,
problemlərini həll edir...

 

Dünəndən bəri yaşadıqlarımı, oxyub dərk etməyə çalışdıqlarımı mətnə töküm dedim, daha doğrusu cəhd edim. Beləliklə...
 

Yeni GPT-4o elə GPT-4 səviyyəsindədir - hər kəs üçün pulsuz və əlçatan olacaq;
səsli söhbət funksiyası inanılmaz dərəcədə təkmilləşdirilmişdir, mükəmməldir yəni...faylları yükləyə bilərsiniz;
elə texniki təkmilləşdirmələr də aparılıb hətta riyaziyyatdan məsələ-misal da həll edir;

real vaxtdakı səs və video mükəmməl dərəcədə təbii səslənir;

hava durumunu verəcək;
kod yazacaq;
ən çətin suallarınıza cavab tapacaq;
sinxron tərcüməçilik edəcək.

 

Kodlaşdırma baxımından da kifayət qədər inkişaf etmiş kimi görünür.
Real zaman rejimində insan-makina qarşılıqlı əlaqəsini gecikməsiz həyata keçirməyi bacarır. 
 

Ortaya çıxacaq bəzi suallara qısa cavablar:
 

- GPT-4o modeli pulsuz olacaq;

- Yaxın həftələrdə işıq üzünə çıxarılacaq;

- Masaüstü versiyada da istifadə edilə biləcək;

- Səni görə biləcək;

- Hal və əhvalını, bütün emosional vəziyyətini təhlil edə biləcək;

- Sənə gecikməsiz tərcüməçilik edəcək;
- Gözü görməyən əlillər üçün vizual köməkçi kimi fəaliyyət göstərəcək;

- GPT-4o yaxın həftələrdə istifadəyə çıxarılacaq.

 

GPT-4o-nin digər modellərdən fərqi böyükdür.
Bu model alışdığımız GPT strukturundan daha çox son həftələrdə gündəmdə olan GPT2-chatbot (yeni GPT versiyası) üzərində qurulub. Bu isə o deməkdir ki, OpenAI mövcud GPT strukturunu fərqli bir “memari” səviyyəyə təkmilləşdirir.
Rəqiblərsə hələ də ilkin texnologiyadan istifadə edirlər.

Başqa sözlə,
 

OpenAI qalxıb Generative Pre-training Transformer (GPT) texnologiyasını alır, onu yeni “arxitektura” üzərində qurur. Mövcud GPT-4 “baqajını” da bu yeni qabaqcıl texnoloji modelinə köçürür...

Tolstoyevskilər təsəvvür edə bilməzlər, onlar guya orjinaldan Dostoyevski oxuyurlar.

Onlar guya
“İdiot”dakı Nastasya Filipovna Baraşkova,
“Cinayət və cəza”dakı Sonya Marmeladova və ya Rodion Raskolnikov,

“Karamazov qardaşları”ndakı Liza Xoxolakova,
“Yazıq adamlar”dakı Mаkаr Devuşkin və Varvara Dobroselovanı oxuyur, öyrənirlər...


Belədir bizim tolstoyevskilər, Dünya-aləm veclərinə deyil...

Whatsapp
Bizə yazın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı