Modern.az

"Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə uduzub

"Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə uduzub

İdman

Bu gün, 19:42

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.

Modern.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə "Mançester Yunayted"in qonağı olub.

İngiltərənin Li şəhərindəki "Li Sports Villic" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Sabah"ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin "Barselona", Vilyarreal" (hər ikisi İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə mübarizə aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...