Arxiv
11 İyun 2016, 15:47 |
Rusiyadan sonra Azərbaycan da Qareginə abidə qoyulmasını PİSLƏDİ

 

“Njde Qaregin kimi faşistin adının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini göstərir".

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev N.Qareginin Ermənistanın milli qəhrəmanı olması barədə Ermənistan parlamentinin vitse-spikerinə cavabında bildirib.

 

H.Hacıyev qeyd edib ki, alman faşist SS generalı N.Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın,  ASALA terrorçusu Monte Melkonyanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir:

 

"Njde Qaregin və Drastamat Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdiriblər. 

 

Faşistlərin irqi ayrı-seçkilik, "Ari" irqi və antisemitizm ideologiyasina sahib çıxaraq, Njde Gareginin formaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının, Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir".

 

XİN rəsmisinin sözlərinə görə, Ermənistanın 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə N.Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir:

 

"Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə düzgün qiymət verilməlidir. Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı BMT Baş Assambleyasının A/RES/70/139 nömrəli, 17 dekabr 2015-ci il tarixli qətnaməsi və digər sənədləri əsas tutulmalıdır.

 

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb.

 

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bildirib ki, Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır.

Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan isə M. Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib.

 

“İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.

 

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konqresin sədri Trampı korrupsiyada ittiham etdi 15 Noyabr 2019, 11:33 Almaniyadan 61 azərbaycanlı deportasiya edilib – Rəsmi AÇIQLAMA 15 Noyabr 2019, 11:32 Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar - FOTO 15 Noyabr 2019, 11:29 Bakının bu hissəsində nəqliyyat şəraiti yaxşılaşdırılıb - VİDEO   15 Noyabr 2019, 11:24 Bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələri aparıldı 15 Noyabr 2019, 11:16 Nazirlik bələdiyyə sədrini cərimələdi  - 2500 manat  15 Noyabr 2019, 11:13 “BakuBus”un neçə avtobusu sıradan çıxıb? - AÇIQLAMA 15 Noyabr 2019, 11:05 DSX meşələrdə gizlədilən silahlar aşkarladı - FOTOLAR 15 Noyabr 2019, 10:58 Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO 15 Noyabr 2019, 10:58 Bakıdan dünyaya səslənən mesajlar 15 Noyabr 2019, 10:43 Ağdaşda qadın, Tərtərdə körpə öldü - Növbəti həkim səhlənkarlığı 15 Noyabr 2019, 10:40 Los Ancelesdə Qarabağ tədbiri - Erməni lobbisi mane olmaq istədi 15 Noyabr 2019, 10:38 “Azəriqaz” smart tipli sayğac quraşdırmağı DAYANDIRDI 15 Noyabr 2019, 10:24 Təhsil müzakirələri davam edir - FOTO 15 Noyabr 2019, 10:23 Nazir İnterpola rəis TƏYİN ETDİ 15 Noyabr 2019, 10:14 Elmira Süleymanova istefa ərizəsi yazıb? - Ombudsman Aparatı AÇIQLADI 15 Noyabr 2019, 10:14 Rusiyalı casuslar Trampın telefon danışığını dinləyib 15 Noyabr 2019, 10:11 Bakıda 10-cu sinif şagirdi itkin düşüb 15 Noyabr 2019, 10:05 Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu 15 Noyabr 2019, 09:59 Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu - FOTOLAR 15 Noyabr 2019, 09:50 Sabahdan məktəblərdə tətil başlayır 15 Noyabr 2019, 09:47 Rusiya ABŞ-a məxsus olmuş hərbi bazanı ələ keçirdi 15 Noyabr 2019, 09:43 Nazirlikdən işsizlərlə bağlı yenilik 15 Noyabr 2019, 09:36 Xarici universitetlərdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi - MƏBLƏĞ 15 Noyabr 2019, 09:33 Ermənistan atəşkəsi 20 dəfə pozdu 15 Noyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Bakıdakı yanğında zəhərlənənlərin 5-i uşaqdır 15 Noyabr 2019, 09:22 Distant təhsilin üstünlükləri… 15 Noyabr 2019, 09:13 Sürücülər idarəetməni niyə itirir? - SƏBƏBLƏR 15 Noyabr 2019, 09:01 İnternatı tərk edən kimsəsiz gənclər... 15 Noyabr 2019, 08:48 Bakıda yaşayış binası yandı - 10 nəfər tüstüdən zəhərlənib 15 Noyabr 2019, 08:32 4 milli komanda Avro-2020-nin final mərhələsinə çıxdı - NƏTİCƏLƏR 15 Noyabr 2019, 08:23 Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47