Arxiv
29 Avqust 2012, 11:47 | MEDİA
Çingiz Mustafayev -52: ömür yolu...

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, tanınmış jurnalist Çingiz Mustafayevin doğum günüdür. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə alıb. 1991-ci ildən etibarən isə həyatını tam olaraq jurnalistikaya bağlayıb.

Onu ölkədə gedən müharibə bu peşəyə daha çox bağladı...

Çingizin müharibədən başlayan jurnalist həyatı elə burada da bitdi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya bağlandı. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul etdilər.

Çingiz Mustafayev Xocalı faciəsinin dünya çapına çıxarılmasında əsas pay sahibidir...

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Yeni nəsl Azərbaycan gəncliyinin formalaşmasında Çingizin böyük rolu olub...

1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. O, Azərbaycanın ilk Dj kimi də tanınır. 1981-ci ilin sentyabr ayında,Çingiz Mustafayevin başçılığı altında, 12 nəfərdən ibarət “3M” adlı bir dəstə yaranıb. Bu 12 nəfər texnika ilə məşğul olurdular, daha doğrusu Light-Dj-lər və sadəcə texniklər olublar. Çingiz əlindən hər iş gələn bir insan olduğu üçün, dəstənin bütün işlərin görüb. Ancaq Çingizin əsas rolu DJ-lik və MC-lik olub. Bundan əlavə Çingiz gəncliyin normal əylənməsi üçün də öz töhvələrini verib. Bundan başqa öz repləri ilə də gənclərin sevimlisinə çevrilib. Çingiz Mustafayevin

Çingizin ölümü...

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirən Çingiz ölümünə gedənədək kameranı söndürmədi. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Çingiz Mustafayev Fondunun fəaliyyəti...

Milli Qəhrəmanımızın atası Fuad Mustafayev Çingiz Mustafayev Fondunun Prezidentidir. Fond yaradıldığı 1999-cu ildən bəri xeyli işlər görüb. “İlin adamı”, “Ən yaxşı jurnalist” mükafatları və “Vətənpərvər və hərbi mahnı müsabiqəsi”ni fond həyata keçirir. Buradan “Çingiz Mustafayev” adına düşərgəyə yardım edilir. Fondun təşəbbüsü ilə Şəkidə “Çingiz Mustafayev adına Klub” yaradılıb. Fond Çingizin oğlu Fuad Mustafayevin və digər KİV işçilərinin təhsil almasına yardım edir.

Çingiz Mustafayevin adı əbədiləşdirilib

Yaşadığı binanın önündə barelyefi vurulub. DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanın adını daşıyır. C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.

2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.

Anar Kəlbiyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hava limanında nəzarət gücləndirilib: Koronovirusa nəzarətçi heyətin sayı artırılıb 22 Fevral 2020, 11:01 MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək 22 Fevral 2020, 10:52 Polis Bakıda axtarışda olan 26 nəfəri saxladı 22 Fevral 2020, 10:44 Serbiyada Xocalı qurbanlarının xatirəsi anılıb - FOTO 22 Fevral 2020, 10:36 “Hamı Qarabağ, “Qarabağ Azərbaycandır!” - Azərbaycanlılar bu gün Berlində toplanır   22 Fevral 2020, 10:28 Baş redaktor azadlığa çıxdı 22 Fevral 2020, 10:18 Fransalı alim: “Xəzər dənizinin səviyyəsi 2 metr azalıb, daha da azalacaq” – MÜSAHİBƏ 22 Fevral 2020, 10:09 “Srebrenitsa anaları” Xacalının anım tədbirində - FOTO 22 Fevral 2020, 10:02 Küveyt İrana uçuşları dayandırdı 22 Fevral 2020, 09:55 Vasif Talıbov müəllimə 5 min manat mükafat verdi 22 Fevral 2020, 09:48 Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB 22 Fevral 2020, 09:40 Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı 22 Fevral 2020, 09:33 “Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq 22 Fevral 2020, 09:24 Qondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB 22 Fevral 2020, 09:16 Cəbhədə gərginlik artıb - atəş kəsmir 22 Fevral 2020, 09:10 Sankt-Peterburq - Bakı reysi ləğv edildi - Foto 22 Fevral 2020, 08:49 Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb 22 Fevral 2020, 08:41 Şamaxıda zəlzələ olub 22 Fevral 2020, 08:26 Parisdə Xocalı faciəsinin anım mərasimi - FOTO 22 Fevral 2020, 08:16 Ucarda avtobus piyadanı vurub öldürdü 22 Fevral 2020, 00:53 Tovuzda məktəbli dərs vaxtı bıçaqlanıb 22 Fevral 2020, 00:37 Ən təhlükəli narkobaronun oğlu ABŞ-a təhvil verildi 22 Fevral 2020, 00:21 Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapıldı 22 Fevral 2020, 00:02 Azərbaycanın da qoşulduğu neft alyansı dağıla bilər 21 Fevral 2020, 23:49 Bakıda gənc oğlanı  dostu bıçaqladı 21 Fevral 2020, 23:43 Sel 6 məktəblinin həyatına son qoydu 21 Fevral 2020, 23:27 İlham Əliyev  və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldu  - FOTO 21 Fevral 2020, 23:09 Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək 21 Fevral 2020, 22:50 Bakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi - FOTO 21 Fevral 2020, 22:33 Bu ölkə də vətəndaşlarını Çindən təxliyə edir 21 Fevral 2020, 22:14 Leyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTO 21 Fevral 2020, 22:01 "Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham Əliyev 21 Fevral 2020, 21:45 Ərdoğanla Putin arasında qızğın müzakirə 21 Fevral 2020, 21:28 ATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEO 21 Fevral 2020, 21:12 Azərbaycan nefti ucuzlaşdı 21 Fevral 2020, 20:54