Arxiv
18 Fervral 2015, 13:15 | İQTİSADİYYAT
İctimai təşəbbüs və ictimai düşüncə: iş gedir, nüanslar isə çoxdur

Novruz Novruzov,
jurnalist

Mənəvi zənginlik və... çatışmayan bəzi cəhətlərimiz

Cəmiyyətin inkişaflnda ictimai təşəbbüslərin dəstəklənməsi həyatın hərtərəfli yüksəlişinə nail olmağın fundamental və fərdi istiqamətlərindən biridir. Bu yolda o zaman uğurlu nəticə alınır ki, təşəbbüs irəli sürüləndən sonra onun dolğun tətbiq proqramı işlənib hazırlanır. Bu mənada, Binəqədi Rayon İcra Hakimiyyətinin bir sıra təşəbbüsləri diqqətəlayiqdir, çünki görülən real iş sivil ölkələrin inkişaf səviyyəsinə yüksəlməklə yanaşı, sosial həyatda mühüm nəticələrə gətirib çıxarmışdır.

İcra hakimiyyəti, yəni bilavasitə dövlət orqanı tərəfindən irəli sürülən təşəbbüslərin palitrası aydın və nəzərəçarpan dərəcədə zəngindir. Bu yazımızda ötən ilin iyulundan həyata keçirilən və geniş təbliğ və təşviq nəticəsində əməli nəticələr verən “Təmiz Binəqədi” layihəsi barədə mülahizələrimizi bildirəcəyik.

Bəri başdan deməliyik ki, layihə vaxtında işlənib hazırlanmış və sosial tələbatdan irəli gələn addım kimi dəyərləndirilməlidir. Çünki rayonda iqtisadi, sosial və mənəvi sahələrdə aparılan geniş abadlıq və quruculuq işlərinin məntiqi nəticəsi “Təmiz Binəqədi” layihəsinin labüdlüyünü meydana çıxarmışdı. Prosesdə diqqəti cəlb edən ən mühüm məsələlərdən biri odur ki, rayon rəhbərliyi layihənin aktuallığını vaxtında görmüş və onun reallaşdırılmasına  əsaslı şəkildə hazırlaşandan sonra işə başlamışdır.

Binəqədidə gedən abadlıq və quruculuq istiqamətində salınan parklar, istirahət güşələri indiyədək adət etdiyimiz məhəllə və həyətlər üçün analoqu olmayan dərəcədə gözəl, yaraşıqlı və çoxprofillidir. Yəni bu parklar, birincisi, öz gözəlliyi ilə sakinlərə zövq verir, başqa sözlə, insanda zərif duyğular oyatmaqla onda həyata yeni, daha yüksək baxışlar formalaşdırır. İkincisi, arxitektura ilə təbiət arasında yaranan həmahənglik insanları yaşıllıqla ünsiyyətə sövq edir və xüsusən uşaqların təbiətə olan maraq və məhəbbətini artırır. Üçüncüsü, insanların həyat tərzini müsbətə doğru dəyişir. Burada quraşdırılmış idman avadanlığında cavanlı-qocalı hamı pulsuz məşğul ola bilir. Çünki, bütün bu saydıqlarımız hansısa meydanda yox, sadəcə əhalinin qapısı ağzındadır. Bunun da nəticəsində insanlar sağlamlıq və gümrahlıq üçün fürsət qazanır, asudə vaxtını səmərəli keçirir və ən başlıcası, ruhən sağlamlaşır.

Bir misal çəkim: ötən yay telekanallardan birinin xəbərlər proqramında Bakının digər rayonunun sakinlərindən istirahətlə bağlı alınmış müsahibə efirə verilirdi. Sualı cavablandıran sakin kamera qarşısında yaşadıqları ərazidə salınan parkı uzun illərdir gözlədiklərini bildirir. Müxbir sual verir ki, bəs dincəlmək üçün hara üz tutursunuz? Sakinin cavabı bu gün üçün tam məntiqi səslənir: Dənizkənarı parka, ya da yaxınlıqdakı Binəqədi parklarına. 

Bizim Dənizkənarı park nəinki ölkəmizdə, bütün Qafqazda, necə deyərlər, “barmaqla göstərilən” istirahət güşəsidir. Bakı sakinlərinin Binəqədi parklarını Dənizkənarı parka tay tutması reallığın həqiqi mahiyyətini açır. 

Azadlıq prospektinin Binəqədi ərazisindən keçən hissəsi ilə rayonun Nizami Nərimanov küçəsi arasında salınmış park da öz gözəlliyi və rahatlığı ilə seçilir. Günün hər saatı burada adi qələbəlik olur. Tez-tez parkda rast gəldiyim ahıl cütlüklərdən birinin zərif nümayəndəsi, əməkdar jurnalist Svetlana xanım Nəcəfova bu guşəni “Binəqədi Rayon İcra Hakimiyyətinin təqaüdçülərə layiqli hədiyyəsi” adlandırır. Belə misalları kifayət qədər çəkmək olar. Həyət-bacalarda müasir dünya standartları səviyyəsində səliqə-sahmanın, istirahət güşələrinin yaradılması yeni ideyalara rəvac verir və bunlardan biri də “Təmiz Binəqədi” layihəsidir.

“Təmiz Binəqədi”nin başlıca leytmotivi İNSANın ictimai fəallığı və sosial baxışlarının inkişafına bağlıdır. Bu tipli sosial təşəbbüslərin mərkəzində “ölkənin sürətli tərəqqisi ilə əhalinin ayaqlaşmağı” faktoru durur. Əks təqdirdə, quruculuq ab-havası nə qədər parlaq olsa da,  mahiyyət etibarilə yerində saymağa bərabər olardı. Bu baxımdan, ictimai şüurun yüksəldilməsi, fərdi mənafe ilə ictimai mənafenin yaxınlaşaraq eyniləşməsi yolunda atılan addımlar layihənin böyük nailiyyəti olacaqdır, desək, yanılmarıq.

“Təmiz Binəqədi” layihəsi paytaxt Bakı üzrə həyata keçirilən “Təmiz şəhər” layihəsinin davamı sayıla bilər. Amma hər bir halda “Təmiz Binəqədi”nin özünəməxsus çalarları ona novator layihə kimi baxmağa imkan verir və mahiyyəti üzrə dünyanın inkişaf etmiş ölkələrində həyata keçirilən layihələrlə bərabər səviyyəyə qaldırır. Bəzi praktiki amilləri nəzərdən keçirsək, dediklərimizi sübut etmiş olarıq.

Hazırda inkişaf etmiş ölkələrdə məişət tullantılarının atılması üçün yalnız plastik konteynerlərdən istifadə olunur. Məlumdur ki, dəmir plastikdən daha bahadır və ondan tullantıların daşınmasında istifadə etmək heç də məqsədəuyğun deyil, çünki məişət tullantılarında mayelilik əmsalının yüksək olması dəmir məmulatının korroziyaya uğrayaraq tez sıradan çıxmasına səbəb olur. Dəmir və plastik məmulatın çəkisindəki nisbət də nəzərə alınmalıdır. Bu səbəbdən, layihə çərçivəsində tullantılar üçün tədricən plastik konteynerlərdən istifadəyə keçilməsi iqtisadi cəhətdən sərfəli və dünya standartları səviyyəsindədir. İkinci daha bir mühüm cəhət müəyyən tullantıların bəri başdan çeşidlənməsidir. Yəni, bəzi spesifik tullantıların ümumi konteynerdən ayrılaraq xüsusi plastik qablara yığılması bu sahədə mütərəqqi yenilikdir. Bunun üçün hazırlanmış yeşiklər ərazilərdə ötən yaydan quraşdırılıb və təyinatı üzrə istifadə edilir. Qeyd etmək yerinə düşərdi ki, çeşidlənmə məsələsində azərbaycanlı ailənin məişəti nəzərə alınıb və 4 məmulat üzrə qutular ayrılıb. Hər bir qutunun üzərində məmulatın adı qeyd olunub.

1.Polietilen
2.Qarışıq
3.Çörək
4.Şüşə

Diqqət edin, quru çörək üçün ayrıca qutu ayrılıb. Bu, xalqımızın  çörəyə bəslədiyi hörmətin qorunub saxlanmasına nümunədir. Təsadüfi deyil ki, bizlərdə yerə düşmüş çörəyi götürüb təmizləyəndən sonra öpüb gözün üstünə qoymaq və ayaqaltı olmayan yerdə yığmaq qədimlərdən qalan adətdir. Qeyd edim ki, inkişaf etmiş bir sıra ölkələrdə, məsələn, Fransada tullantıların atılması və ya çeşidlənməsi sahəsində zəngin təcrübə olsa da,  çeşidlənmə zamanı çörək üçün ayrıca yer nəzərdə tutulmayıb. Halbuki, bu ölkədə fərdi qaydada at saxlamaq bir növ dəbdir və istehlak edilməmiş quru çörəklərin atlara verilməsi proseduru mövcuddur. Lakin bu prosedur haqqında danışdığımız layihədəki kimi mərkəzləşdirilmiş şəkildə deyil, o qədər də səmərəli olmayan tanışlıq əlaqələri zəminində fərdi qaydada həyata keçirilir.


İri şəhərlərdə səliqə-sahman yaradılması sahəsində inkişaf etmiş ölkələrin təcrübəsindən faydalı şəkildə istifadə edilməsi həm də iqtisadi səmərəliliyin artımına xidmət edir. Məlumdur ki, Bakıda “Təmiz şəhər” layihəsi çərçivəsində Balaxanı qəsəbəsində tullantıların təkrar emalı üzrə müəssisə inşa edilib. Müəssisəyə gətirilən məişət tullantıları əvvəl çeşidlənir, daha sonra isə emal və ya yandırılma üçün ayrılır. Nəzərə alsaq ki, Bakı kimi böyük meqapolisə malik şəhərdə hər gün min tonlarla tullantı toplanır, onda bu işin mürəkkəbliyi barədə müəyyən təsəvvür yaranar. Bu mənada, bəri başdan tullantıların təkrar emala yararlı hissəsinin qablaşdırılaraq zavoda çatdırılması istehsalın sürətinin artacağına birbaşa təminatdır. Bunları nəzərə almaqla deyə bilərik ki, “Təmiz Binəqədi” layihəsi sosial xarakterə malik olmaqla yanaşı, həm də innovativ layihədir. Yəni layihənin iqtisadi və mənəvi səmərəsi əvvəlcədən yüz faiz təmin olunmuşdur.

“Təmiz Binəqədi” layihəsini həyata keçirən komissiyanın konkret iş planı və görülən tədbirlərin dəqiq qrafiki var. Başlanılmış iş plan üzrə ahəngdar gedir. Amma icra prosesində ilk baxışda qəribə, əslində isə reallıqdan doğan kifayət qədər nüanslar da mövcuddur. Bu, əsasən sakinlərin yeniliklərə alışmağı ilə bağlıdır. Düzdür, ardıcıl olaraq maarifləndirici tədbirlər həyata keçirilir, ədəbiyyat, loqolar, etiketlər yayılır. Lakin insanda təsəvvürlərin dəyişməsi, yeni məişət vərdişlərinin aşılanması prosesi hər bir dövrdə və hər bir cəmiyyətdə çətin gedən prosesdir. Gəlin, bəzi faktlara müraciət edək: məsələn, layihə çərçivəsində rayonun küçələrindən birində gül əkilir. Bir neçə saat sonra təmizlik işçiləri gülün torpaqdan çıxarılaraq kənara atıldığını aşkar edirlər. Gül yenidən yerinə əkilib suvarılır. Səhərisi kimsə gülü yenə çıxarıb kənara atır. Gül təkrarən yerinə qaytarılır. Üçüncü analoji hadisədən sonra zərərvuran axtarılır və məlum olur ki, yaxınlıqda yaşayan bir qadın “elə bir gülümüz çatışmırdı” düşüncəsi ilə ziyankarlığa əl atır. Ritorik düşüncə tərzidir, deyilmi?! Gəlin 3, 5, 10 il əvvəli xatırlayaq. Vəziyyət bugünkü kimi idimi?! Xeyr! Vəsaiti yalnız zəruri sosial ehtiyaclara xərcləyirdik. Sonra iqtisadi vəziyyət yüksəldi, yaşamın qidaya bağlı zəruri sərhədləri yavaş-yavaş dağıldı və müəyyən bir mənada aydın oldu ki, həyatımızda çatışmayan amillərdən biri məhz gül-çiçəklə bağlıdır. Yenə də Avropa təcrübəsinə müraciət etmək məcburiyyətindəyəm. Özümün şahidi olduğum bir misal çəkmək istəyirəm.  Söhbət fransız düşüncəsindən gedir. Ev-eşiyi, hasar boyu gül-çiçəyi olan pensiyaçı qadın yaz vaxtı bir gün mağazadan 3 dibçək alıb evinə gətirdi. Həyətdə müxtəlif növ gül ola-ola bu dibçəkləri alması marağıma səbəb oldu və dibçəklərə diqqət etdim. İki həftə sonra güllər soldu və qadın onu torpaqdan ayırıb zibilliyə atdı. Bir müddət sonra söhbət vaxtı qadın iqtisadi vəziyyətindən şikayətlənəndə dibçək əhvalatını xatırladım və ona dedim ki, siz israfçılıq edirsiniz. O bu sözləri təlaşla qarşıladı, dərhal xahiş etdi ki, məsələnin mahiyyətini izah edim, çünki özünün təbirincə pulu qənaətlə xərcləyirdi. Həqiqətən o, aldığı bütün mal və məhsulların çekini saxlayır və özü üçün aylıq haqq-hesab edir, hökumət üçünsə kvartalda bir dəfə mədaxil-məxaric balansı hazırlayırdı. Mən təəssüratlarımı onunla bölüşdüm və dedim ki, cəmi 14 gün ömrü olan dibçəyə 7-8 avro verib, özü də 3-ünü birdən almaq, qısa müddətdən sonra isə zibilliyə atmaq israfçılığın bariz nümunəsidir. Qadın gözləri geniş açılmış halda heyrət və təəccüblə:

-Siz nə danışırsınız, mən o güllərdən mənəvi zövq almışam-dedi.

Bəli, avropalı həyatın mənasını müxtəlif çalarlarla dəyərləndirmək səviyyəsinə çatıb və təbii gözəllikdən mənəvi qida almağı bacarır.  Bu, onun həyatının və sağlamlığının ayrılmaz hissəsidir. Məsələyə bu aspektdən yanaşaraq tam əsasla deyə bilərik ki, “bəli, bu gün əhalinin əksəriyyəti  həyatımızda məhz gülün, yəni təbii gözəlliyin tutduğu yeri dərk edə və mənəvi təkamüldə bu amilin çatışmazlığını duysa da, böyük bir qismi ah-zarla yaşamağı, hər şeydən narazı qalmağı özü üçün fetişləşdirib”. İndi, sadəcə, bunu anlamaq gərəkdir. Bu məsələdə söhbət əhalinin hansısa təbəqəsindən, yaxud qrupdan yox, ümumiyyətlə, bütövlükdə əhalidən gedir.  Axı, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir və sosial proseslərin vüsəti, əhalinin rifah halının yaxşılaşması yeni dünyagörüşün də formalaşmasına xidmət edir.

Müşahidələr göstərir ki, əhali məzmunca eyni, formaca yeni olan sosial adət və vərdişlərə get-gedə alışır. İlk vaxtlar üstü yazılı rəngbərəng plastik qutulara sanki bəzək əşyası kimi yanaşan sakinlər artıq bunlara mahiyyəti üzrə yanaşır və təyinatı üzrə istifadə edirlər. Təbii ki, 100 faizlik nəticənin əldə olunmasına hələ çox var.

Müəyyən vaxt lazımdır və sözsüz ki, faydalı layihənin nə dərəcədə əhəmiyyətli olduğunu hər bir binəqədili anlayacaq, ümumi işə öz töhfəsini verəcəkdir. Bunun üçün isə qeyri-adi nəsə etməyə ehtiyac yoxdur, sadəcə, tələb olunan qaydalara əməl etmək lazımdır.

“Təmiz Binəqədi” layihəsində bağçaya gedən uşaqların və məktəblilərin fəal iştirakı bu işin ən böyük uğurudur. Çünki, artıq gənc nəslin şüurunda, tərbiyəsində, mənəvi baxışlarında müasir, yüksək insani meyarlar bərqərar olur. Nəsillərin evolyutiv dəyişməsi aksioması isə yaxın gələcəkdə xalqımızın dünyanın elit toplumunda özünəməxsus yeri olacağını stimullaşdırır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir 15 Oktyabr 2019, 14:46 Azərbaycanlı deputatlar NATO PA-nın sessiyasında ETİRAZ ETDİLƏR 15 Oktyabr 2019, 14:34 Nursultan Nazarbayevə Türk Dünyasının Ali Ordeni verildi - FOTO 15 Oktyabr 2019, 14:18 Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək 15 Oktyabr 2019, 14:16 Günay Əfəndiyeva Darhan Kıdıralını yeni ofisində qarşıladı - FOTOLAR 15 Oktyabr 2019, 14:10 Vasim müəllim milli sərvətimizdir - Deputat YAZDI 15 Oktyabr 2019, 14:00 Ərdoğan Bakıda Dədə Qorquddan sitat gətirdi, Türk dövlətlərini birliyə çağırdı 15 Oktyabr 2019, 14:00 Bakıda saxta içkilər hazırlayan “Beluqa Tahir”in dəstəsi tutuldu - FOTOLAR 15 Oktyabr 2019, 13:50 İlham Əliyev: “Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur” 15 Oktyabr 2019, 13:36 Gömrük Akademiyasının tələbəsi: “Burda təhsil almaq bir addım öndə olmağa imkan verir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 13:29 Kiyevdə öldürülən azərbaycanlı tələbənin qatili beynəlxalq axtarışa verildi - Səfirliyimizdən NOTA 15 Oktyabr 2019, 13:23 Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir - YENİLƏNİB 15 Oktyabr 2019, 13:14 Pənah Hüseyn: “Fəzail Ağamalıya necə təzyiq olubsa, danışmaqdan belə çəkinir” 15 Oktyabr 2019, 13:01 Litva səfiri Ekologiya Nazirliyində olub 15 Oktyabr 2019, 12:54 Paşinyan Minsk Qrupunun həmsdərləri ilə görüşdü 15 Oktyabr 2019, 12:54 Piyadanı vurub qaçan sürücü tutulub 15 Oktyabr 2019, 12:50 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ 15 Oktyabr 2019, 12:44 BŞTİ müdiri qızıl və gümüş medal alanların sayını açıqladı  15 Oktyabr 2019, 12:35 Komitə sədri: “Azərbaycan Ermənistana imkan verməyəcək” 15 Oktyabr 2019, 12:35 Deputatdan Qarabağ icması ilə bağlı TƏKLİF 15 Oktyabr 2019, 12:29 Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt AÇILACAQ? 15 Oktyabr 2019, 12:27 Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub 15 Oktyabr 2019, 12:21 Suriyanın şimalında kim hara nəzarət edir? - XƏRİTƏ 15 Oktyabr 2019, 12:17 Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli? 15 Oktyabr 2019, 12:17 Rusiyada həbs olunan Orxan Zeynalovun atası NARAZIDIR 15 Oktyabr 2019, 12:15 Ermənistan Suriyaya qoşun göndərdi – TƏCİLİ 15 Oktyabr 2019, 12:09 Rövşən Lənkəranskidən bəhs edən “Böyük qardaş” kitabı satışa çxarıldı 15 Oktyabr 2019, 12:05 Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI 15 Oktyabr 2019, 12:04 İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı  verib 15 Oktyabr 2019, 12:03 Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR 15 Oktyabr 2019, 11:55 Nazirlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna gəldilər - FOTOLAR 15 Oktyabr 2019, 11:48 Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər 15 Oktyabr 2019, 11:45 Kataloniyada etirazlar: 78 nəfər yaralandı 15 Oktyabr 2019, 11:44 Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR 15 Oktyabr 2019, 11:41 Vəsiqəsini girov qoyan eks-deputatın SENSASİON SƏS YAZISI: “Rafael işdən çıxıb, indi türməyə gedir” 15 Oktyabr 2019, 11:34