Modern.az

Bosfor boğazında FACİƏ: 3 ölü, 5 yaralı

Bosfor boğazında FACİƏ: 3 ölü, 5 yaralı

Aktual

17 Avqust 2016, 16:30

İstanbul boğazında yük gəmisi təhlükəsizlik xidmətinin gəmisi ilə toqquşub.

 

 Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qaradəniz istiqamətində hərəkət edən yük gəmisi saat 08:00 radələrində Saraybunu sahillərində Sahil Təhlükəsizlik Xidmətinin qayığı ilə toqquşub. Toqquşmanın təsiri ilə içində əsgərlərin olduğu Sahil Təhlükəsizlik xidmətinin qayığı aşıb və burnuna qədər batıb. Heç bir bayrağı və adı olmayan yük gəmisi yolunu davam edib. Aşan təhlükəsizlik qayığına ilk yardımı ətrafda olan balıqçı gəmiləri yaxınlaşıb. Daha sonra sahil polisinin xilasediciləri qayığı batmaması üçün bağlayıb.

 

Dənizə düşən sahil mühafizə gəmisində 3 mühafizəçi həlak olub, 5 nəfər isə yaralanıb. Daha bir nəfərin axtarışları isə davam edir.

 

Qafar Ağayev

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı