Modern.az

Peşə təhsilində 21 yeni müəssisə tikiləcək

Peşə təhsilində 21 yeni müəssisə tikiləcək

Təhsil

Bu gün, 10:25

Peşə təhsili əmək bazarının real tələblərinə uyğun qurulmalıdır

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Peşə Təhsili Forumu 2026 tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, peşə təhsilinin məzmunu, pedaqoji kadr potensialı və infrastrukturu müasir tələblərə uyğun qurulmalı, tədris olunan bilik və bacarıqlar işəgötürənlərin ehtiyaclarını qarşılamalıdır.

M.Kərimli qeyd edib ki, Prezidentin müvafiq sərəncamına əsasən, peşə təhsili infrastrukturunun inkişafı çərçivəsində 21 yeni təhsil müəssisəsinin tikintisi, 2 müəssisənin isə təmiri nəzərdə tutulur.

Aparat rəhbəri vurğulayıb ki, peşə təhsilində keyfiyyət və innovasiya əsas prioritetlərdən olmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi