Modern.az

İran Küveytdəki ABŞ bazasını vurdu

İran Küveytdəki ABŞ bazasını vurdu

Dünya

Bu gün, 09:46

İran Küveytdə yerləşən Əli əl-Salem hərbi hava bazasına hücum etdiyini bəyan edib.

Modern.az xəbər verir ki, İran tərəfinin açıqlamasına görə, hücumun hədəfi bazada yerləşdirilmiş ABŞ-a məxsus pilotsuz uçuş aparatları və raket qurğuları olub.

Bundan əvvəl Küveyt ordusu X sosial şəbəkəsindəki hesabında hava hücumundan müdafiə qüvvələrinin düşmənə məxsus pilotsuz uçuş aparatlarının kütləvi hücumunu dəf etdiyini bildirmişdi.

Bundan başqa, İran qüvvələrinin Bəhreyndə yerləşən ABŞ hərbi hava bazasına da zərbə endirdiyi açıqlanıb.

Qeyd edək ki, İranın Küveytdəki bazaya hücumu barədə məlumatı İran dövlət mediası da yayıb. İran ordusu ABŞ-ın hərbi obyektlərinə, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemlərinə, pilotsuz uçuş aparatlarına və raket qurğularına zərbələr endirildiyini bildirib.

Bəhreyndəki hücumla bağlı isə İran tərəfi ABŞ-ın hərbi radar sisteminin hədəf alındığını iddia edib. Bəhreyn və ABŞ rəsmiləri hücumun hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi