Azərbaycanda pensiyaçıların sayı son bir ildə 5,8 min nəfər azalaraq 1 milyon 94,2 min nəfərə düşüb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı il oktyabrın 1-nə pensiyaçılar ölkə əhalisinin 10,6 faizini təşkil edib.
Pensiyaçıların 65,5 faizi yaşa, 21,9 faizi əlilliyə, 12,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb.