Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirov barələrində çıxarılan hökmdən apellyasiya şikayəti veriblər.
Modern.az xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatına verilib. İlk məhkəmə iclasının tarixi hələ açıqlanmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyevi 14 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onun yaşını və səhhətini nəzərə alaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti tətbiqinə qərar verib. Hökm barədə məlumat
Hökmdə Ramiz Mehdiyevin əmlakının müsadirə edilərək dövlət nəfinə keçirilməsi də nəzərdə tutulub. Məhkəmə həmçinin onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsinə qərar verib.
Ramiz Mehdiyev barəsində cinayət işi 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanıb. Ona cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət, eləcə də hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərlə bağlı ittiham irəli sürülüb.
Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib.